• 1

    Əlif, Ləm, Mim

  • 2

    Bu, qətiyyən şübhə doğurmayan, müttəqilərə doğru yol göstərən bir Kitabdır.

    sdgsg

  • 3

    O kəslər ki, qeybə iman gətirir, namaz qılır və Bizim onlara verdiyimiz ruzidən xərcləyirlər;

  • 4

    O kəslər ki, sənə nazil olana və səndən əvvəl nazil olanlara iman gətirir, axirətə də yəqinliklə inanırlar.

  • 5

    Onlar öz Rəbbindən olan doğru yoldadırlar. Məhz onlar nicat tapanlardır.

    5

  • 6

    Həqiqətən, kafirləri qorxutsan da, qorxutmasan da, onlar üçün fərqi yoxdur, iman gətirməzlər.

  • 7

    Allah onların qəlblərini və qulaqlarını möhürləmiş, gözlərinə də pərdə çəkmişdir. Onlar üçün böyük bir əzab vardır.

  • 8

    İnsanlar arasında elələri də vardır ki, mömin olmadıqları halda: “Allaha və Axirət gününə inanırıq”– deyirlər.

  • 9

    Onlar Allahı və iman gətirənləri aldatmağa çalışırlar. Halbuki yalnız özlərini aldadır və anlamırlar.

  • 10

    Onların qəlblərində xəstəlik vardır və Allah da onların xəstəliyini artırmışdır. Yalan söylədiklərinə görə də üzücü bir əzab çəkəcəklər.

  • 11

    Onlara: “Yer üzündə fəsad törətməyin!”– deyildiyi zaman: “Biz ki, ancaq xeyirxahlıq edənlərik!”– deyirlər.

  • 12

    Sözsüz ki, onlar fəsad törədəndirlər, amma (bunu) başa düşmürlər.

  • 13

    Onlara: “insanlar iman gətirdiyi kimi siz də iman gətirin!”– deyildiyi zaman: “Biz də səfehlərin iman gətirdikləri kimi iman gətirək?”– deyirlər. Doğrusu, onlar özləri səfehdirlər, lakin bilmirlər.

  • 14

    Onlar möminlərlə rastlaşdıqda: “Biz iman gətirdik!”– deyirlər, öz şeytanları ilə təklikdə qaldıqda isə: “Biz sizinləyik. Biz ancaq istehza edirik!”– deyirlər.

  • 15

    Allah da onlara istehza edər və azğınlıqlarını artırar ki, sərgərdan gəzərlər.